Xarici xəbərlər

Aralıq dənizində miqrantları daşıyan gəminin batması nəticəsində 20-dən çox adam itkin düşüb

07-03-2018 | 12:42        

  

Aralıq dənizində miqrantları daşıyan gəmi batıb. Hadisə nəticəsində 20-dən çox miqrant itkin düşüb. Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi Flavio di Cakomo 160 qaçqının xilas edildiyini bildirib. Miqrantların əksəriyyəti Qərbi Afrika ölkələrindən olub. Ötən gün Liviya sahil-mühafizə xidmətinin əməkdaşları Aralıq dənizində 130-dan çox qaçqını xilas ediblər. Qeyd edək ki, Avropa İkinci dünya müharibəsindən bu yana ən ciddi miqrasiya böhranı ilə üz-üzədir. Buna ilk növbədə Afrika və Yaxın Şərq ölkələrində silahlı münaqişələr və ağır iqtisadi problemlər səbəb olub. 2018-ci ilin ilk 2 ayı ərzində Avropaya dəniz yolu ilə 10 584 miqrant gəlib. Onların 50%-i İtaliyanın payına düşüb. Müvafiq dövrdə 421 qaçqın müxtəlif qəzalar nəticəsində həlak olub. Ötən ilin analoji dövründə isə bu rəqəm 521 təşkil edirdi.