Xarici xəbərlər

8 ölkə Fransa Prezidentinin Avropa İttifaqı və avrozonada islahatlar planına qarşı çıxır

07-03-2018 | 12:40        

  

Fransa Prezidenti Emmanuel Makronun Avropa İttifaqı və avrozonada islahatlar aparılması təklifi qurum daxilində narazılığa səbəb olub. Avropa İttifaqına üzv 8 ölkə - Danimarka, İrlandiya, Latviya, Litva, Niderland, Finlandiya, İsveç və Estoniyanın maliyyə nazirləri bununla bağlı bəyanat yayıblar. Bəyanatda deyilir ki, Böyük Britaniya Avropa İttifaqından çıxandan sonra 27 üzv ölkənin birliyi həlledici qüvvə olacaq. Sənədə əsasən Avropanın iqtisadi və valyuta birliyinin gələcəyi ilə bağlı debatlar üzv ölkələrin hamısının, o cümlədən avrozonaya daxil olmayan ölkələrin iştirakı ilə aparılmalıdır. Bəyanatda maliyyə nazirləri iqtisadi sabitliyin gücləndirilməsi istiqamətində islahatlar aparılmasının vacibliyini vurğulayıblar. Qeyd edək ki, Emmanuel Makron və Avrokomissiyanın prezidenti Jan-Klod Yunkerin təklif etdiyi Avropa İttifaqı və avrozonada islahatlara dair genişmiqyaslı planlar əsasən vahid büdcə və qurumun maliyyə naziri postunun yaradılmasını nəzərdə tutur.