Siyasət

Rumıniyanın “Agerpres” milli xəbər agentliyində Sumqayıt hadisələri barədə məqalə yerləşdirilib

07-03-2018 | 11:43        

  

Rumıniyanın “Agerpres” milli xəbər agentliyinin internet səhifəsində Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş müharibə cinayətləri barədə kifayət qədər məlumat yer alıb.  Növbəti məlumat Ermənistan və SSRİ xüsusi xidmət orqanları tərəfindən Sumqayıtda törədilən  təxribat barədədi. 

İnternet portalında qeyd olunur ki, bu təxribata əl atmaqla ermənilər bir daha Azərbaycana düşmən mövqeyində olduqlarını sübut etdilər. Qeyd edilir ki, ötən əsrin 80-ci illərində Ermənistan Azərbaycana qarşı təcavüzə başladı. Bu hərbi təcavüz Azərbaycanın dinc əhalisinə qarşı çox sayda cinayətlərlə müşahidə olundu. Ermənistanın terrorçu təşkilatları Azərbaycan əhalisinə qarşı terror aktları törədiblər. Bu təxribatların kulminasiya nöqtəsi isə Sumqayıt hadisələri olub. Sumqayıtdakı iğtişaşlar əvvəlcədən hazırlanmış ssenari üzrə erməni separatçı qüvvələri tərəfindən törədilib. Hadisələrin həqiqi mahiyyəti üzə çıxıb, iğtişaşların sovet rəhbərliyində təmsil olunmuş ermənipərəst qüvvələrin göstərişi ilə əvvəlcədən hazırlanmış ssenari üzrə erməni separatçı qüvvələri tərəfindən törədildiyi müəyyən edilib.