Cəmiyyət

Bakının küçə və prospektlərinin səkilərində panduslar quraşdırılır

06-03-2018 | 12:54        

  

Fiziki imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan insanların, yaşlıların və uşaq arabası ilə olan şəxslərin rahat hərəkəti üçün əlverişli infrastruktur yaradılır. Bu çərçivədə dünya təcrübəsinə uyğun olaraq Bakı və ətraf rayonların küçə və prospektlərində panduslar quraşdırılır.

Ötən ilin sonundan paytaxt ərazisindəki yol kəsişmələrində və səkilərdə pandusların tikinti-quraşdırma işlərinə başlanıb. Dünya təcrübəsi əsaslanaraq aparılan tikinti işlərində xüsusi materiallardan istifadə olunur. Bu isə həm də qarlı və buzlu havada sürüşmənin qarşısını almağa imkan verir. Görmə imkanları məhdud şəxslərin rahat hərəkəti üçün panduslara xüsusi örtüklər vurulub. İlkin mərhələdə Bakı şəhərinin mərkəzi hissəsini əhatə edən 5 rayonunda ümumilikdə 415 pandusun tikinti-quraşdırma işləri nəzərdə tutulub. Artıq 350-ə yaxın piyada keçidində pandusların quraşdırılması işləri yekunlaşıb. Bakı Nəqliyyat Agentliyi bu aydan geniş maarifləndirmə işlərinə də start verib. Mart agentlik tərəfindən pandus aylığı kimi elan edilib. Yeni pandusların quraşdırılması təkcə mərkəzi küçlərdə deyil ətraf kənd və qəsəbələrdəki yollarda da aparılacaq.