Siyasət

Dövlət İdarəçilik Akademiyasında tələbələr elmi işlərinin nəticələrini təqdim ediblər

06-03-2018 | 12:49        

  

Dövlət İdarəçilik Akademiyasında “Azərbaycanın innovativ sosial-iqtisadi inkişaf dinamikası” mövzusunda konfrans keçirilib. Tələbələr elmi işlərininin nəticələrini poster formatında təqdim ediblər. Akademiyanın rektoru Urxan Ələkbərov bildirib ki, bu cür tədbirlər tələbələrin elmi və yaradıcılıq potensialına dəstək məqsədi daşıyır. Bilik tutumlu iqtisadiyyatın qurulması istiqamətində, elm və texnologiyanı inkişaf etdirməkdə ali təhsil müəssisələrinin əhəmiyyəti qeyd olunub. “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ndə irəli sürülən istiqamətlərdə elmi tədqiqatların aparılmasının vacibliyi vurğulanıb.