İqtisadiyyat

Bakı-Tbilisi-Qars dəmir yolu daha böyük perspektivlərə malik layihədir

06-03-2018 | 09:08        

  

Transxəzər marşrutu və Şərq-Qərb nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu daha böyük perspektivlərə malik layihədir. Tbilisidə keçirilən görüşlərdə bu barədə məlumat verilib.

Gürcüstanın baş nazirinin I müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili Azərbaycanla Gürcüstan arasında iqtisadi, siyasi və mədəni əlaqələrdən danışdı. O, Bakı-Tbilisi-Qars dəmir yolunun və digər regional layihələrin ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadığını vurğuladı. Dmitri Kumsişvili Azərbaycanın bu dəmir yolu və digər regional layihələrə göstərdiyi diqqəti yüksək qiymətləndirdi. İqtisadiyyat naziri, Tranzit və Yükdaşımalar üzrə Koordinasiya Şurasının sədri Şahin Mustafayev də dedi ki, BTQ və digər layihələr xalqlarımızın rifahının yaxşılaşmasına xidmət edir. Nazirin sözlərinə görə, Transxəzər marşrutu və Şərq-Qərb nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu daha böyük perspektivlərə malik layihədir.