Digər

Prezident İlham Əliyev sərəncamlar imzalayıb

06-03-2018 | 09:06        

  

Prezident İlham Əliyev sərəncamlar imzalayıb. Sərəncamlara uyğun olaraq, Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşları martın 1-dən orta hesabla 10 faiz artırılır. Dövlər başçısının digər sərəncamı ilə 2018-ci ilin sonuna kimi ölkədə qazlaşma səviyyəsinin 95 faizə çatdırılması istiqamətində işlərin davam etdirilməsi üçün Dövlət Neft Şirkətinə 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitdən 100 milyon manat ayrılıb. Qeyd olunan vəsait hesabına 42 rayonda 79 kənd və 4 qəsəbənin qazlaşdırılması nəzərdə tutulur