Mədəniyyət

Ölkəmizi “Avroviziya--2018”də təmsil edəcək mahnı müəyyənləşib

05-03-2018 | 16:17        

  

Azərbaycanı “Avroviziya-2018” mahnı müsabiqəsində təmsil edəcək gənc müğənni Aysel Məmmədovanın musiqili  klipi təqdim edilib.

Ölkəmizi “Avroviziya--2018” mahnı müsabiqəsində təmsil edəcək mahnının adına aydınlıq gəlib. Portuqaliyanın paytaxtı Lissabonda keçirələcək müsabiqədə ölkəmizi “X my heart” adlı mahnı  ilə Aysel Məmmədova təmsil edəcək. Bu həzin nəğməni yunan bəstəkarı və prodüsseri Dimitros Kontopulos və isveçli Sandra Byorman yazıb. Yunanıstanın paytaxtı Afina şəhərində lentə alınan musiqinin klipinin də təqdimatı olub. Birinci yarımfinalda çıxış edəcək sənətçinin mahnısının final versiyası isə İngiltərədə hazırlanıb. Xatırladaq ki, Aysel Məmmədova müsabiqənin birinci yarımfinalının ilk hissəsində çıxış edəcək. Sözügedən mahnı müsabiqəsinin yarımfinalları mayın 8-i və 10-da, finalı isə mayın 12-də Lissabonda keçiriləcək.