Digər

10 il əvvəlin martında İrəvanda baş verən qanlı hadisələr Ermənistan parlamentində müzakirəyə çıxarlıb

27-02-2018 | 10:32        

  

10 il əvvəl 1 martında İrəvanda baş verən qanlı hadisələr Ermənistan parlamentində müzakirəyə çıxarlıb. “Yelk” partiyasının tələbi ilə təşkil olunan dinləmələr ciddi qarşıdurmalarla müşahidə olunub.

"2008-ci ilin mart hadisələrində əsas məsuliyyət Serj Sarkisyanın üzərinə düşür. Çünki, məhz o, güc struktularının  İrəvana yeridilməsində birbaşa səlayəhiyyətə sahib idi”. Bu barədə 10 il əvvəlin 1 martında  baş verən qanlı hadisələrin Ermənistan parlamentində müzakirəsi zamanı Helsinki Vətəndaş Assanbleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts məlumat verib. Onun sözlərinə görə həmin gün Ermənistan üçün qara ləkədir. Bu hadisələr dövlət terrorudur. Qanlı qətliamı da rəhbər şəxslər əllərində olan bütün resurslardan istifadə edərək törədiblər. Artur Sakunts bildirib ki, 10 il əvvəl  vətəndaşlar indiki hakimiyyətin necə əleyhinə idilərsə, bu indi də elədir. Hökumət postunu zor gücünə ələ keçirən cinayətkar qruplaşma Ermənistanı ancaq fəlakətə sürükləyib. Serj Sakisyan bu məqsədinə sabiq prezident Robert Köçəryan, sabiq müdafiə naziri Seyran Ohanyan, baş qərargahın səlahiyyətlisi Yiriy Xaçaturov, hərbi polisinin rəisi Vladimir Qasparyan, baş prokuror Aqvan Ovsepyan, polis rəisi Ayk Arutyunyan, sabiq təhlükəsizlik naziri Qorik Akopyanın birbaşa dəstəyi ilə çatıb. Onların hər biri 1 mart hadisələrində birbaşa cavabdehdilik daşısalar da cinayət məsuliyyətinə cəlb olunmayıblar. 10 il əvvəl baş verən qanlı hadisələrlə bağlı Parlamentdə təşkil olunan dinləmələrin təşəbbüskarı “Yelk” partiyasının rəhbəri Nikol Paşinyan isə deyib ki, ölkədə siyasi terror hələ də davam edir. Mart qırğınlarında zərər çəkənlərin müzakirlərin keçirildiyi zala buraxılmaması da bunu təsdiqləyir. Onun sözlərinə görə hazırki hakim qüvvələr gec-tez törətdiklərinə görə cavab verəcəklər. Onların əli günahsiz insanların qanına batıb.  2008-ci ilin 1 martında İrəvanda baş verən qanlı iğtişallarda  10 nəfər dinc sakin öldürülüb, 200 nəfər müxtəlif dərəcəli xəsarət alıb, daha 100 nəfər isə həbs edilib. 1 mart hadisələrinin öyrənilməsi və faktların toplanması üzrə qrup isə hələ də hadisələrdə əli olanları üzə çıxarmayıb.