Digər

Prezident İlham Əliyev bir sıra sərəncamlar imzalayıb

23-02-2018 | 09:24        

  

Sərəncamlara uyğun olaraq Prezidentin fərdi təqaüdünün məbləği martın 1-dən artırılaraq 1450 manat müəyyən edilir.

Dövlət başçısının digər sərəncamları ilə fəxri adlara görə aylıq təqaüdlərin məbləği martın 1-dən artırılaraq “Xalq” fəxri adı üçün 150 manat, “Əməkdar” fəxri adı üçün 100 manat müəyyən edilir.

Azərbaycanın gənc istedadlarının Qızıl kitabına adları yazılmış gənc istedadlar üçün xüsusi aylıq təqaüdün məbləği martın 1-dən artırılaraq 400 manat müəyyən edilir.

Bununla yanaşı, prezidentin digər sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında heyvandarlığın inkişafı ilə bağlı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitdən 3 milyon manat ayrılıb.