Siyasət

Qazaxıstanda “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində genişmiqyaslı tədbirlərə start verili

21-02-2018 | 11:57        

  

“Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində genişmiqyaslı tədbirlərə ölkəmizdən kənarda da start verilib. Növbəti tədbir Qazaxıstanda keçirilib. Azərbaycanın Qazaxıstandakı səfirliyi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı və Beynəlxalq Türk Akademiyasının dəstəyi ilə Astanada keçirilən tədbirdə Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov çıxış edərək cumhiriyyət tarixindən danışdı. Bildirdi ki, o dövrün mürəkkəb beynəlxalq hərbi-siyasi vəziyyətinə, böyük çətinliklərə baxmayaraq öz canları və qanları hesabına azadlıq mübarizəsi aparan qəhrəmanlarımız şərəflə, ləyaqətlə yürütdükləri bu mücadilə ilə bugünkü müstəqilliyimizin toxumlarını səpiblər. Ona görə də, bu tarix təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün mühüm hadisədir. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva müsəlman şərqində ilk demokratik respublikanın  mövcud olduğu 23 ay ərzində həm Azərbaycan xalqının, həm də digər türk etnoslarının suverenlik və müstəqillik ideyalarının möhkəmlənməsində möhkəm iz buraxdığını dedi. Diqqətə çatdırdı ki, cümhuriyyət, onun qəbul etdiyi qəraralar, simvolları bizim azadlıq istəyimizi düşüncələrimizdə, qəlbimizdə yaşadıb və uzun illərdən sonra yenidən milli istiqlalımıza qovuşmağımızda misilsiz rol oynayıb. Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali o zamanın ən ağır şərtlərində azadlıq mücadiləsi vermiş böyük dövlət xadimlərimizin misilsiz tarixi missiyanın öhdəsindən ləyaqətlə gəldiklərini bildirdi. Əlavə etdi ki, yenidən müstəqilliyinə qovuşmuş Azərbaycanın 1918-ci ildə qurulan Cümhuriyyətin varisi olması, Prezidenti İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti” ili elan etməsi azərbaycanlıların dövlətçilik tarixinə verdiyi böyük dəyərin göstəricisidir. Tədbir konsert proqramı ilə davam edib.