Xarici xəbərlər

Ermənistanın dövlət borcları bu ilin ilk ayında daha iki faiz artıb

21-02-2018 | 10:50        

  

Bütün sahələrdə iflasa uğrayan Ermənistanda sosial-iqtisadi vəziyyət dözülməz həddə çatıb. Bu ilin ilk ayında dövlət borcları daha iki faiz artaraq geridönməz xarakter alıb. Beynəlxalq ekspertlər isə bu ölkə haqda bədbin proqnozlar verməkdə davam edirlər.

Ermənistanda hər ötən  il iqtisadi böhran bir qədər də dərinləşir. Yanvar ayının statitik məlumatları da bu istiqamətdə heç nəyin dəyişmədiyini göstərir.  Bildirilir ki, dövlət borcları azalmaq əvəzinə 2 faiz də artıb. Ermənistan əhalisi əsasən xaricdən gələn vəsaitlər hesabına dolanır.  Bir neçə ildir bu sahədə də durğunluq hökm sürür. Transfertlərin həcmi kəskin şəkildə azalıb. Erməni miqrantlar ailələrinə əvvəlki kimi pul göndərə bilmirlər. Bu da  Ermənistanın iqtisadi artımına birbaşa təsir edib.  İşğalçı ölkənin Mərkəzi Bankının yaydığı məlumata görə, yanvar ayı ərzində transfertlərin həcmi cəmi 12 min dollar  təşkil edib. Bu da beş il əvvəlin göstəricisi  ilə müqayisədə  11 dəfə azdır. Belə aşağı nəticə hətta 2009-cu ilin iqtisadi böhranı zamanı da qeydə alınmayıb. “Jamanak” qəzetinin xəbərinə görə hökümət iqtisadiyyatın dirçəldilməsi, asıllığın azaldılmasının qarşısını ala bilmir. Dövlət rəsmiləri də etiraf edirlər ki, ölkədə, inkişaf templəri zəifdir.  Ümumiyyətlə Ermənistan iqtisadiyyatının son 10 il ərzində mütəmadi gerilədiyini  bildirilir. Bununla yanaşı, ölkədə böyük miqyas almış kölgə iqtisadiyyatı Ermənistanı idarə edən mexanizmə çevrilib. Bu da inkişafa mane olan əsas səbəblərdəndir.  Ona görə də Ermənistan ciddi siyasi, sosial-iqtisadi və demoqrafik böhranla qarşı-qarşıyadır.  Ölkədə tez-tez  xaos və qarşıdurmalar baş verir. Hakimiyyət yalançı manevrləri davam etdirməyə çalışsa da, Ermənistan faktiki olaraq böhran içindədir. Sosial problemləri aradan qaldırmaq üçün kifayət qədər güc və potensiala malik olmaması nəticəsində ortaya çıxan problemlər  isə hökumətlə sadə vətəndaş arasında ciddi qarşıdurmaya zəmin yaradır.