Siyasət

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir

21-02-2018 | 10:46        

  

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir. Kiyevdə Ukrayna Azərbaycanlı Gənclər Birliyi, Ukraynanın hökumət və qeyri-hökumət təşkilatları “20-ci əsrin ən amansız soyqırım aktlarına ekspert baxışı” mövzusunda tədbir təşkil edib.

Xocalı soyqırımı ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi mərhələli soyqırımı siyasətinin tərkib hissəsidir. Bu fikir Kiyevdə keçirilən anım tədbirində səsləndi. Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva, Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Elman Bağırov, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev və digər çıxış edənlər belə bir bəşəri cinayətə dünya birliyinin indiyədək lazımi hüquqi siyasi qiymət verməməsini tarixi ədalətsizlik kimi qiymətləndirdilər. Vurğulandı ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət” kampaniyası çərçivəsində həyata keçirilən tədbirlər erməni vəhşiliyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynayır.

Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan “Xocalıya Ədalət” filminin nümayiş olunduğu tədbirdə martda “Regional münaqişələr və onun həlli yolları” mövzusunda beynəlxalq konfransın keçirilməsi qərara alındı.