Xarici xəbərlər

Ermənistanda məktəblər bağlanır

20-02-2018 | 11:21        

  

Bütün sahələrdə dərin böhranın hökm sürdüyü  Ermənistanda təhsil sahəsində də problemlər tükənmir. Ötən il 14 orta ümumtəhsil məktəbi şagird çatışmazlığından bağlanıb. Lori rayonundakı Saralanc məktəbini də eyni aqibət gözləyir.

20 ilə yaxındır Ermənistanda məktəblilər təmirsiz, qəzalı binalarda təhsil alırlar. Hokumət büdcədə vəsait çatışmadığını bəhanə gətirib bu sahədə yenidənqurma işləri həyata keçirmir. Nəticədə infrastruktur tamamilə sıradan çıxıb.  Ermənistan təhsilində daha bir poblem isə şagird çatışmazlığı ilə bağlıdır. Bunun bir səbəbi miqrsiya ilə bağlıdır. Digər tərəfdən isə valideynlər soyuq, qəzalı binalarda uşaq oxutdurmaq istəmirlər. Lori rayonundakı Saralanc məktəbində də davamiyyət aşağı düşüb. Təhsil müəssisədə çalışanların sayı şagirddən çoxdur.  Hazırda dərsə cəmi 16 nəfər gəlir. İki il əvvələ kimi isə burada 233 şagird təhsil alıb.  Direktor Tamara Afyan deyir ki, elə siniflər var orada ümumiyyətlə dərsə gələn yoxdur. Çünki, kənd sürətlə boşalır. Sakinlərin sözlərinə görə, bu yerlərdə yaşamaq üçün heç bir perspektiv yoxdur. Su, işıq, qaz sarıdan çətinliklər var. İş tapmaq isə mümkün deyil. Kəndin tibb məntəqəsi bağlanıb. İndi də məktəbi eyni aqibət gözləyir. Ümumiyyətlə Ermənistanda məktəblərin bağlanması artıq adi hala çevrilib. Ötən il 14 təhsil müəssisəsi fəaliyyətini dayandırıb. Bu da həmin təhsil müəssisələrinin kollektivləri tərəfindən narazılıqla qarşılanıb. Müəllimlər deyirlər ki, məktəblərin ləğvi onların işsiz qalması ilə nəticələnib. Əslinə isə Təhsil Nazirliyi bu qərarı qəbul edəndə birinci növbədə onları işlə təmin etməli idi. Ləğv olunan məktəblərlə yanaşı Ermənistanda 30-a yaxın təhsil ocağı birləşdirilib. Onların əksəriyyəti ucqar kəndlərdə yerləşir. Təhsil üzrə ekspertlər bildirirlər ki, Ermənistanda bu sahədə vəziyyət ürəkaçan deyil. Qış aylarında ucqarlarda yaşayan məktəblilərin dərsə getməsində problemlər yaranır. Çünki, kəndlərdə yol infrastrukturu bərbaddır. Belə şəraitdə şagirdlərin daşınması üçün nəqliyyat vastəsinin ayrılması isə qeyri mümkündür. Təhsil nazirliyindən isə bildirilir ki, şagird sayı azaldığı üçün məktəbləri birləşdirilməyə məcburdurlar. Ermənistanda əskər məktəblərdə bir müəllimə üç şagird düşür. Əksər məktəblərdə birinci siniflərə şagird tapmaq mümkün deyil.