Mədəniyyət

V Respublika Muğam müsabiqəsinin birinci turu başlayıb

19-02-2018 | 16:39        

  

V Respublika Muğam müsabiqəsinin birinci turu başlayıb. Layihə xanəndə və insturmental muğam ifaçılığı nominasiyaları üzrə keçirilir.

Azərbaycan muğamı indi yeni dövrünü yaşayır. Ustad sənətkarlarla yanaşı, yeni nəsil ifaçılar da muğam sənətini sevə-sevə yaşadırlar. Onların səsi dünyanın böyük səhnələrdən eşidilir. Bunu V Respublika Muğam Müsabiqəsinin birinci seçim turunda Milli Konservatoriyanın rektoru Siyavuş  Kərimi dedi.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın muğam sənətinin inkişafındakı xidmətlərini xüsusi vurğulandı. Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyəti Fondunun layihəsi, Azərbaycan Televiziyasının təşkilatçılığı və Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə keçirilən Muğam televiziya müsabiqələrinin əhəmiyyətindən danışıldı. Sonra səhnə V Respublika Muğam Müsabiqəsinin iştirakçılarının ixtiyarına verildi. Gənclər xanəndə və insturmental muğam ifaçılığı nominasiyaları üzrə istedadlarını nümayiş etdirdilər.

V Respublika Muğam müsabiqəsinin seçim turlarında, ümumilikdə 15 xanəndə, 21 instrumental ifaçı iştirak edəcək.