Siyasət

“National Herald Tribune” qəzetində “Xocalı soyqırımı üçün ədalət” sərlövhəli məqalə yerləşdirilib

19-02-2018 | 10:51        

  

Pakistanın “National Herald Tribune” qəzetində və elektron portalında “Xocalı soyqırımı üçün ədalət” sərlövhəli məqalə yerləşdirilib. Məqalədə oxuculara Ermənistanın işğalçılıq siyasəti, Xocalı soyqırımı barədə geniş məlumat verilib. 

Pakistanın “National Herald Tribune” qəzetində və elektron portalında yerləşdirilən “Xocalı soyqırımı üçün ədalət” məqaləsində Ermənistan silahlı qüvvələri tərəfindən bir gecədə 613 adamın, o cümlədən 106 qadının, 70 qocanın və 83 uşağın xüsusi qəddarlıqla qətlə yetirildiyi, Xocalı soyqırımının Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğu bildirilir. Yazıda Xocalı soyqırımının siyasi, tarixi və hüquqi mahiyyəti açıqlanır, qurbanların məhz azərbaycanlı olduqlarına görə qətlə yetirildiyi, faciənin beynəlxalq normalar baxımından soyqırımı xarakteri daşıdığı diqqətə çatdırılır. Vurğulanır ki, faciədən sonra dünyanın nüfuzlu nəşrlərində soyqırımı haqqında məqalələr dərc edilib. Ermənilər istəsələr də, bu qanlı hadisəni heç cür təkzib edə bilməzlər. Müəllif yazıda soyqırımla bağıl İslamabad Strateji Tədqiqatlar İnstitutunda keçiriləcək seminar və “Xocalıya ədalət!” beynəlxalq kampaniyası haqqında da geniş məlumat verir.