Cəmiyyət

Dövlət başçısının Sərəncamı ilə fəxri adlara layiq görülən Həmkarlar İttifaqları fəalları mükafatlandırılıb

16-02-2018 | 16:02        

  

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaranmasının 25 illiyi ərəfəsində Həmkarlar İttifaqları təşkilatlarının 114 üzvü fəxri adlara layiq görülüb. Dövlət başçısının Sərəncamına əsasən mükafatlandırılan şəxslərdən 4 nəfərə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 4 nəfərə “Əməkdar həkim”, 4 nəfərə “Əməkdar mədəniyyət işçisi”, 3 nəfərə “Əməkdar müəllim”, 1 nəfərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi”, 98 nəfərə isə “Tərəqqi” medalı təqdim edildi. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev yüksək diqqətə görə Prezident İlham Əliyevə həmkarlar ittifaqları təşkilatları üzvləri adından minnətdarlığını bildirdi. Onlara göstərilən etimadı bundan sonra da layiqincə doğruldacaqlarını qeyd etdi.

Xatırladaq ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 1993-cü ilin fevralında Azərbaycan Həmkarlar İttifaqlarının qurultayında təsis edilib. Quruma 26 sahə həmkarlar ittifaqı birliklərinin könüllü ittifaqı daxildir.