İqtisadiyyat

“Fitch” Beynəlxalq Reytinq Agentliyi SOCAR-ın reytinqi üzrə proqnozunu yüksəldib

16-02-2018 | 10:39        

  

“Fitch” Beynəlxalq reytinq agentliyi Azərbaycanın əsas neft yataqlarndan olan Azəri-Çıraq-Çıraq Günəşli yataqlarının işlənməsi ilə bağlı müqavilənin uzadılmasını müsbət qiymətləndirir. Agentlik həmçinin SOCAR-ın reytinqi üzrə proqnozunu da yüksəldib.

“Fitch” beynəlxalq reytinq agentliyi Azəri- Çıraq- Günəşli yataqlarının işlənməsi ilə bağlı müqavilənin uzadılmasını müsbət qiymətləndirir. Agentliyin məlumatında deyilir ki, “Azəri-Çıraq-Günəşli” yataqlarının istismarını nəzərdə tutan müqavilə müddətinin 2050-ci ilə qədər uzadılması Azərbaycan dövləti və SOCAR üçün müsbət nəticədir. Qeyd edək ki, Azərbaycan hökuməti, SOCAR və beynəlxalq neft şirkətləri 2017-ci ilin sentyabr ayında “Azəri-Çıraq-Günəşli” yataqlarının istismarı ilə bağlı Hasilatın Pay Bölgüsü sazişinin müddətini 2049-cu ilədək uzadıb. Bundan başqa “Fitch” agentliyi Dövlət Neft Şuirkətnin reytinqi üzrə proqnozunu da yüksəldib. Şirkətin reytinq proqnozu Azərbaycanın suveren reytinqi ilə bərabərləşdirilib. Beynəlxalq reytinq agentliyi Dövlət Neft Şirkətinin  emitentinin uzunmüddətli defolt reytinqini “BB+”, qısamüddətli defolt reytinqini “B” və təminatsız reytinqini “B” səviyyəsində təsdiqləyib. “Fitch” həmçinin SOCAR-ın bütün reytinq kateqoriyaları üzrə “neqativ” proqnozunu sildiyini və Azərbaycanın suveren reytinqi üzrə proqnozu – “stabil” ilə eyniləşdirdiyini bildirib.