Cəmiyyət

“Qarabağın səsi” adlı sərginin seçim mərhələsi keçirilib

16-02-2018 | 09:06        

  

“Xocalıya Ədalət” Beynəlxalq Təbliğat və Təşviqat Kampaniyası çərçivəsində “Qarabağın səsi” adlı sərginin seçim mərhələsi keçirilib. Sərgiyə yerli və xarici rəssamların 300-ə yaxın əsəri təqdim edilib.

“Qarabağın səsi” adlı sərgiyə təqdim edilən əsərlər Xocalı faciəsinə həsr edilib. “Xocalıya Ədalət” Beynəlxaql Təbliğat və Təşviqat Kampaniyası çərçivəsində təşkil edilən sərgi yerli və xarici rəssamların əl işlərindən ibarətdir. Əsərlər yalnız bu sərgi üçün çəkilib. Layihənin rəhbəri Murad Qulubəylinin sözlərinə görə, 300-ə yaxın əsərin təqdim edildiyi sərgidə iştirak üçün yaş məhdudiyyəti qoyulmayıb..

Seçim mərhələsində modern, realist, sürrealist üslubda çəkilən, Xocalı faciəsinin fəsadlarını özündə əks etdirən ən təsirli rəsm əsərləri münsiflər heyəti tərəfindən seçilərək II mərhələyə buraxıldı. Qeyd edək ki, ən yaxşı rəsm əsərləri fevralın 24-də Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar keçiriləcək tədbirdən əvvəl nümayiş olunacaq. Ən yaxşı rəsm əsərlərinin müəlliflərinə sertifikatlar təqdim ediləcək.