İqtisadiyyat

“Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasının yekununa dair birgə bəyannamə imzalanıb

16-02-2018 | 09:01        

  

“Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasının yekununa dair birgə bəyannamə imzalanıb. Yekun  mətbuat konfransında Azərbaycanın etibarlı tərəfdaş olduğu və layihənin gələcəkdə də genişləndiriləcəyi bildirilib.

“Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasının yekununa dair birgə bəyannamə imzalandıqdan sonra nəticələrlə bağlı mətbuata açıqlama verildi. “Azərbaycan uzun illərdir neft və qaz strategiyasını uğurla reallaşdırır. Cənub Qaz Dəhlizi layihəsini həyata keçirməklə  Azərbaycan həm öz inkişafına nail olur, həm də  başqa ölkələrin enerji təchizatına töhfə verir”-deyən energetika naziri Pərviz Şahbazovun sözlərinə görə, dünyanın bir çox yerində neft və qaz ehtiyatları olsa da, onların hasil edilməsi o qədər də asan başa gəlmir. Bunun üçün həm böyük investisiyaların, həm də zəruri infrastrukturun olması vacibdir və  Azərbaycan bütün bunlara nail olub.

Avropa Komissiyasının Enerji Birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç bildirdi ki, Avropa zəngin təbii sərvətlərə malik ölkələrin Cənub Qaz Dəhlizinə qoşulmasını dəstəkləyir. Məqsəd Avropa İttifaqı ölkələrinin enerji təchizatında şəffaflığı artırmaqdır-deyən Maroş Şevçoviç Türkmənistan və İran tərəfi ilə bu istiqamətdə müzakirələr aparıldığını qeyd etdi:

ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən Syu Saarnio da layihənin əhəmiyyətindən danışdı. O da bildirildi ki, Cənub Qaz Dəhlizi layihəsinin hesabına Aİ ölkələri 2020-ci ildən təbii qazla daha etibarlı təmin olunacaq.