İqtisadiyyat

Azərbaycanda dünyada ilk dəfə onlayn vahid ixrac ərizəsi yaradılıb

14-02-2018 | 15:59        

  

Azərbaycanda dünyada ilk dəfə onlayn vahid ixrac ərizəsi yaradılıb. Yeni sistem, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində ictimayyətə təqdim olunub.

Sahibkarların ixrac prossesini həyata keçirmək işi daha da asanlaşaçaq. Bundan sonra, iş adamları Azərbaycanda ilk dəfə olaraq yaradılan vahid onlayn ərizəsini doldurmaqla məhsullarını daha asan şəkildə ixrac edə biləcəklər. Prezident İlham Əliyevin “Rəqəmsal Ticarət Qovşağı kimi ölkəmizin mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsinə dair Fərmanına əsasən yaradılan yeni xidmət, ixrac prosedurlarının icrasında məmur sahibkar təmasını minimum endirəcək və sənədlərin icra müddətini azaldacaq. Bu sistem ixracda tələb olunan icazələrin, gömrük bəyannaməsinin və ixrac təşviqinin vahid elektron ərizə əsasında verilməsini nəzərdə tutur. 

Zaur Qardaşov -"Azexport" portalının rəhbəri:

İstifadəçi özü haqqında yalnız minimal məlumatı təqdim etməklə nəticə əldə edir. Məsələn məhsulun adı, ixracı edəcəyi ölkəni bildirməklə, sistem ona hansı icazəni, sənədləri, artıq özü müəyyənləşdirir və istifadəçiyə təqdim edir. Sonrakı mərhələlərdə istifadəçinin  özünün razılığı əsasında bu vahid ərizə formasına və sisteminin müəyyən etdiyi aidiyyatı quruma göndərilir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yeni xidməti Rəqəmsal Ticarət Qovşağı və "Azexport" portalı vasitəsilə həyata keçirəcək. Bununla da bölgələrdəki sahibkarlar üçün icazələrin alınması proseduru daha rahat olacaq.