Siyasət

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının ümumi yığıncağı keçirilib

14-02-2018 | 14:22        

  

Respublika Müharibə, Əmək və Silahlı  Qüvvələr Veteranlar Təşkilatında Azərbaycan Respublikası prezidenti seçkiləri ilə bağlı ümumi yığıncaq keçirilib.

Prezident İlham Əliyev veteranlara dövlət qayğısı siyasətinin müasir mərhələdə inkişafı üçün misilsiz işlər görüb. Ölkə prezidentinin  imzaladığı dövlət proqramları və sərəncamlar əsasında xüsusilə müharibə veteranları hərtərəfli qayğı ilə əhatə edilib”. Bu fikirlər  Respublika Müharibə, Əmək və Silahlı  Qüvvələr Veteranlar Təşkilatında Azərbaycan Respublikası prezidenti seçkiləri ilə bağlı ümumi yığıncağında səsləndi. Təşkilatın sədri Tofiq Ağahüseynov bildirdi ki, prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasətin nəticəsində Azərbaycan bu gün dünyada iqtisadi cəhətdən surətdə inkişaf edən, mütərəqqi, sivil dəyərlərə malik ölkə kimi tanınır. Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov seçkilərlə əlaqədar Təşkilatın qarşısında duran vəzifələrdən, veteranların bu işdə daha yüksək fəallıq göstərmələrinin əhəmiyyətindən danışdı. Qarabağ əlilləri və şəhid ailələri” ictimai birliyinin sədri Mehdi Mehdiyev və digər çıxışçılar veteranların 11 aprel 2018-ci ildə İlham Əliyevə səs verməklə davamlı inkişafa, sabitliyə səs verəcəklərini qeyd etdilər.

Sonda müharibə veteranları təşkilatlarının ümumi yığıncağının iştirakçıları adından Azərbaycan veteranlarına müraciət qəbul edildi.