Cəmiyyət

Türkiyənin nüfuzlu “Ülke TV” xəbər kanalı Azərbaycanda keçiriləcək prezident seçkiləri haqqında süjet yayımlayıb

14-02-2018 | 14:19        

  

Türkiyənin nüfuzlu “Ülke TV” xəbər kanalı Azərbaycanda keçiriləcək prezident seçkiləri haqqında süjet yayımlayıb. Süjetdə Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 14 ilin nəticələri şərh edilib.

Türkiyənin “Ülke TV” xəbər kanalında yayımlanan süjetdə Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VI qurultayında səsləndirdiyi vacib fikirlərə toxunulur. Qeyd olunur ki, 2003-cü ildə Azərbaycan xalqının böyük əksəriyyətinin dəstəyi ilə Prezident seçilən İlham Əliyevin gördüyü işlər hər zaman diqqəti cəlb edib. 14 il ərzində Azərbaycan iqtisadi və siyasi sahələrdə böyük inkişafa nail olub. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində qətiyyətli mövqeyi ilə bir sıra uğurlar əldə edib. Azərbaycan iqtisadiyyatı üç dəfə artıb, işsizliyin səviyyəsi 5 faizə düşüb. Valyuta ehtiyatları dəfələrlə artıb. Ordu güclənib. Müasir silahlarla təchiz olunan  Azərbaycan Ordusu bir gecədə 2 min hektar ərazini Ermənistanın işğalından azad edib. Məhz bu səbəbdən aprelin 11-də  Azərbaycanda keçiriləcək prezident seçkilərində İlham Əliyevin qələbə qazanacağına böyük inamın olduğu qeyd olunur.