Digər

AMEA-nın iclası keçirilib

14-02-2018 | 13:23        

  

Dünya ölkələri arasında layiqli yer tutan Azərbaycanın regionda lider ölkəyə cevrilməsi ölkə başçısının apardığı məqsədyönlü siyasətin nəticəsidir. Bu fikirlər Milli Elmlər Akademiyasında keçirilən tədbirdə səsləndirilib.

Ölkəmizdə elmin inkişafı, cəmiyyətdə alimlərin nüfuzunun artırılması istiqamətində həyata keçirilən siyasət elm ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır. Bu fikirləri Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, akademik Teymur Bünyadov dedi. O, son illər dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə elm sahəsində aparılan islahatlar, əldə olunan elmi nailiyyətlərdən danışdı. Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun baş elmi işçisi  Könül Bünyadzadə isə dedi ki, prezident İlham Əliyevin əməli fəaliyyəti nəticəsində Azərbaycan yüksək inkişaf mərhələsinə çatıb. Respublikamızın dünya ölkələri arasında layiqli yer tutması ölkə başçısının apardığı məqsədyönlü siyasətin məntiqli nəticəsidir. Akademiyanın Gənc Alim Və Mütəxəssislər Şurasının sədri Famin Salmanov isə bildirdi ki, prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə gəncliyin intellektual potensialının tam üzə çıxması üçün əlverişli şərait yaradılıb, kreativ düşüncəli, eyni zamanda milli dəyərlərə sadiq gənc alimlər nəsli formalaşıb.  Digər çıxışlarda da ölkə başçısının elmə diqqət və qayğısında danışıldı və bildirildi ki, qarşıdakı seçkilərdə də elm adamları tərəfindən prezident İlham Əliyevin namizədliyi dəstəklənəcək. 

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (15.10.2018) :
Aydın Gecə : +15+17 | Gündüz: +22+24
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR