Siyasət

Qulam İshaqzai: “Azərbaycan həm mexanizmlər və siyasi iradə, həm də milli agentliyin yaradılması baxımından regionun lideridir”

14-02-2018 | 13:15        

  

Azərbaycan həm mexanizmlər və siyasi iradə, həm də milli agentliyin yaradılması baxımından regionun lideridir. Məhz buna agörə, sentyabrda Bakıda Davamlı İnkişaf Məqsədləri üzrə konfrans təşkil olunacaq. Bu barədə “İnteqrasiya, sürətləndirmə və siyasət dəstəyi” hesabatı üzrə məsləhətləşmə seminarında BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai deyib.

Azərbaycan və BMT-nin  "Dayanıqlı İnkişaf Məqsədlərinin milli səviyyədə inteqrasiyası və onların sürətləndirilməsinə dair Bakı prinsipləri" layihəsinin bu ilin sentyabr ayında Bakıda keçiriləcək hökumətlərarası forumda qəbul edilməsi gözlənilir. Bu barədə qurumun Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai məlumat verdi. Onun sözlərinə görə, sənədin imzalanması region ölkələri üçün yaxşı nümunə ola bilər

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənovanın  sözlərinə görə,  Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərini icra etmək öhdəliyini üzərinə götürüb və bu istiqamətdə uğurla davam edir.  İlin yekunlarına görə Azərbaycanda işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsindədir. Nazir müavini  2016-cı ilin oktyabr ayında Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının BMT-nin Yüksək səviyyəli Siyasi Forumunda birinci Hesabatını təqdim etdiyini də xatırlatdı. Bu sənədin BMT tərəfindən yüksək dəyərləndirdi bildirdi.   15 il əvvəl Azərbaycanda olduğunu deyən BMTIP-nin Avropa və MDB ölkələri üzrə Regional Bürosunun Direktorunun müavini Rostislav Vrbenski ölkənin bu günkü tərəqqisini yüksək qiymətləndirdi. O, bu layihədə 17 məqsədin, 169 hədəfin və 260-dan çox indikatorun yer aldığını qeyd edərək bildirdi ki,  ölkələr özləri konkret prioritetlərə üstünlük verməlidirlər.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (15.10.2018) :
Aydın Gecə : +15+17 | Gündüz: +22+24
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR