Xarici xəbərlər

Martin Şults Sosial Demokratlar Partiyasının sədri vəzifəsindən istefa verib

14-02-2018 | 11:26        

  

Martin Şults Almaniyanın Sosial Demokratlar Partiyasının sədri vəzifəsindən istefa verib. Partiya bu posta sosial demokratların Bundestaq fraksiyasının rəhbəri Andrea Nalesin namizədliyini irəli sürüb. Onun namizədliyi aprelin 22-də keçiriləcək Sosial Demokratlar Partiyasının növbədənkənar qurultayında təsdiqlənməlidir. Qurultaya qədər sosial demokratların lideri səlahiyyətlərini partiyanın sədr müavini, Hamburqun meri Olaf Şoltz icra edəcək.