Xarici xəbərlər

Ermənistan parlamentində şəhər şurasının iclası zamanı dava düşüb

14-02-2018 | 11:13        

  

Ermənistan çəmiyyətindəki ictimai-siyasi gərginlik növbəti dəfə ölkə  parlamentində  əks-səda verib. Parlamentdə şəhər şurasının iclası zamanı dava düşüb.  “Yerkir Tsirani” partiyasının nümayəndələri mer Taron Marqaryanın istefasını tələb ediblər.

Ermənistan hakimiyyətinin yarıtmaz siyasətinə qarşı cəmiyyətin bütün təbəqələrində etirazlar gündən-günə artır. Sosial tələblərlə başlanan etiraz dalğaları son vaxtlar bir qədər də intensivləşib.  Bu dəfə Ermənistan parlamentində şəhər şurasının iclasında dava düşüb.  İrəvanda infrastrukturun sıradan çıxmasından şikayət edən sakinləri dəstəkləyən deputatlar və müxalif fraksiyanın nümayəndələri zala kanalizasiya suyu gətiriblər. Nəticədə hakim respublikaçılar partiyasından olan deputatlar və şəhər meriyasının əməkdaşları ilə şikayətçilər arasında qarşıdurma yaranıb. Qarşıdurma zamanı bankalarda olan kanalizasiya suyu iclas zalına dağılıb və üfunət iyi ətrafı bürüyüb. Kanalizasiya sisteminin çökməsi səbəbindən şəhərdə yaranan pis qoxudan şikayətlənən sakinləri müdafiə edən etirazçılar deyirlər ki, hökumət onlara başqa çıxış yolu qoymayıb. Əgər vətəndaşların şikayətlərinə vaxtında baxılsa və problem həllini tapsaydı, iclas da normal keçərdi. İrəvan meri Taron Marqaryan vəziyyətin düzələcəyinə dair söz vermək əvəzinə deputatları hədələyib. Bu isə iclas zalındakı ab-havanı daha da gərginləşdirib. Hakim Respublikaçılar partiyasının deputatları və meriyanın əməkdaşları etirazçılara hücum ediblər. Vəziyyət o yerə çatıb ki, hakim partiyadan olan deputatlar və meriya işçiləri müxalif fraksiyadan olan qadınlara əl qaldırıblar. Bəzi deputatlar isə zorakılıq anlarını lentə almasın deyə jurnalistlərə mane olmağa çalışıblar. Qarşıdurma bununla da bitməyib. Hakim partiyanın deputatları və meriya əməkdaşları müxalif fraksiyanın nümayəndələrini zor gücüylə sürüyərək iclas zalından çıxarıblar. Hadisə yerinə təhlükəsizlik qüvvələri cəlb edilib. Ermənistan mətbuatı şəhər Şurasının iclasına  kanalizasiya suyunun gətirilməsinin əslində siyasi məna daşıdığını yazır. Bu hadisənin Serj Sarkisyan və onun komandasının  çirkaba batdığının sübutu  olduğu bildirilir. 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.02.2018) :
Gecə : +3 | Gündüz: +6
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.675 | Satış: 1.7015

Rubl:
Alış: 0.0281 | Satış: 0.0301

Avro:
Alış: 2.058 | Satış: 2.1319
AzTV TƏQDİM EDİR