Cəmiyyət

“Güzəştli mənzil” sistemində daha bir kateqoriya üzrə müraciətlərin qəbuluna başlanılıb

14-02-2018 | 11:04        

  

“Güzəştli mənzil” sistemində daha bir kateqoriya üzrə müraciətlərin qəbuluna başlanılıb. Beləki bundan sonra ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər də bu imkandan yararlana biləcəklər.Bu imkan  ölkə başçısının ötən il iyulun 21-də imzaladığı fərman sayəsində mümkün olub. Fərmana əsasən mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşların sırasına yeni “ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər” kateqoriyası əlavə edilib ki, bunun da nəticəsində  elmi işçilər yaşından və ailə vəziyyətindən asılı olmayaraq güzəştlə mənzil əldə etmək hüququndan yararlana bilərlər. Müraciətlər bu gündən etibarən “Elektron hökumət” portalında Elektron İmza və ya Asan İmzadan istifadə etməklə qəbul edilir.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.02.2018) :
Gecə : +3 | Gündüz: +6
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.675 | Satış: 1.7015

Rubl:
Alış: 0.0281 | Satış: 0.0301

Avro:
Alış: 2.058 | Satış: 2.1319
AzTV TƏQDİM EDİR