Siyasət

ATƏT PA-nın sessiyasının gündəliyi açıqlanıb

14-02-2018 | 10:02        

  

Fevralın 22-23-də Vyanada keçiriləcək ATƏT Parlament Assambleyasının 17-ci qış sessiyasının gündəliyi açıqlanıb. Müzakirə və təqdimatlarda əsas mövzular iqlim dəyişiklikləri ilə bağlı uzunmüddətli strategiyaların işlənib hazırlanması, miqrasiya, terrorizmə qarşı mübarizə, silahlara nəzarət, onların ləğvi və yayılmaması kimi mövzulara həsr olunacaq. Sessiya çərçivəsində 3 komitədə təhlükəsizlik siyasəti, iqtisadiyyat, ətraf mühit, eləcə də insan haqları və humanitar məsələlər ətrafında müzakirələr aparılacaq. Yekunda hər üç komitənin birgə iclası keçiriləcək. ATƏT-ə üzv 57 ölkədən 300-dən çox parlamentarinin iştirak edəcəyi sessiyada Azərbaycan da təmsil olunacaq.