Mədəniyyət

Görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyi qeyd olunub

13-02-2018 | 14:10        

  

Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında dünya şöhrətli bəstəkar, SSRİ və Azərbaycanın Xalq artisti Qara Qarayevin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib.

“Qara Qarayev  XX əsrin ortalarından başlayaraq Azərbaycan mədəniyyətinə, musiqi xəzinəsinə yeni incilər bəxş edib. O, gənc yaşlarından istedadına güvənərək böyük bir musiqi məktəbi yaradıb.” Bu fikirlər yubiley tədbirində səsləndirildi. AMEA-nın prezidenti, akademik Akif Əlizadə bəstəkarın 100 illik yubileyi ilə bağlı Prezident İlham Əliyevin Sərəncamını diqqətə çatdırdı. Qara Qarayevin mənalı ömür yoluna nəzər saldı, görkəmli sənətkarın yaradıcılığından danışdı.  Əməkdar incəsənət xadimi Zemfira Səfərova, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə və digər çıxış edənlər Qara Qarayevin Azərbaycan musiqi mədəniyyəti tarixindəki  xidmətlərindən bəhs etdilər. Onun milli dəyərlərə söykənən çoxşaxəli fəaliyyətini xüsusi vurğuladılar. Tədbirdə akademik Zemfira Səfərovanın çoxcildli “Azərbaycan musiqi tarixi” kitabının növbəti sayı da təqdim olundu. Nəşr ötən əsrin 40-cı illərindən müstəqilliyin bərpasına qədərki dövrü əhatə edir.

Yubiley mərasimi konsert proqramı ilə davam etdi. Dahi bəstəkar Qara Qarayevin əsl sənət inciləri  olan əsərləri yüksək peşəkarlıqla təqdim olundu.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.02.2018) :
Gecə : +3 | Gündüz: +6
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.675 | Satış: 1.7015

Rubl:
Alış: 0.0281 | Satış: 0.0301

Avro:
Alış: 2.058 | Satış: 2.1319
AzTV TƏQDİM EDİR