Siyasət

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 6 ildə böyük uğurlar qazanıb

13-02-2018 | 14:07        

  

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 6 illiyi ilə bağlı toplantı keçirilib.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev başçılığı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti böyük inkişaf yolu keçərək ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə layiqli töhfə verib və bu proses davam etməkdədir. Bu fikirləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov dedi. O, bildirdi ki, səfərbərlik hazırlığı, Silahlı Qüvvələrin çağırışçılarla komplektləşdirilməsi, vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı istiqamətlərində əhəmiyyətli nəticələr əldə olunub. Diqqətə çatdırıldı ki, Xidmət tərəfindən ötən illərdə “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanundan irəli gələn vəzifələrə uyğun olaraq, səfərbərlik hazırlığının təmin edilməsi üçün respublika üzrə yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə məşğələlər keçirilib. Həmçinin Silahlı Qüvvələrə təhkim olunmuş hərbi vəzifəlilərin xəbərdar edilməsi və praktiki toplanması təşkil olunub, hərbi vəzifəlilər qeydiyyatdan keçirilərək qanunvericiliyin tələbləri onlara izah edilib. Qeyd olundu ki, korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində tədbirlər sırasında mühüm yeri vətəndaşlara elektron xidmətlərin göstərilməsi tutur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də bu istiqamətdə mühüm nailiyyətlər əldə edib. Digər çıxış edənlər də Xidmətin fəaliyyətini yüksək qiymətləndirdilər. Sonda Xidmətin bir qrup əməkdaşının təltif edilməsi haqqında dövlət başçısının sərəncamları oxundu, xidmətdə fərqlənən hərbi qulluqçular və əməkdaşlara mükafatlar təqdim olundu.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.07.2018) :
Aydın Gecə : +24+26 | Gündüz: +30+32
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR