Bölgələr

Görülən işlər və qarşıda duran vəzifələr hesabat yığıncaqlarında müzakirə olunub

13-02-2018 | 14:00        

  

2017-cı ildə bölgələrdə müasir infrastrukturun qurulması, təhsil, tibb, mədəniyyət müəssisələrinin tikintisi davam etdirilib. Aqrar sahədə məhsul istehsalı artıb. 

2017-ci il Astara rayonu üçün uğurlu olub. İqtisadiyyatın əsas sahələri üzrə 227 milyon manatlıq məhsul istehsal edilib. 4024 iş yeri açılıb. Rayonda tikinti-quruculuq və abadlıq işləri də davam etdirilib. Taxtanəkəran-Miki və Taxtanəkəran-Toradi kəndlərarası avtomobil yolları çəkilib. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Ələt-Astara-İran avtomobil yolunun, Astara stansiyasından İran sərhədinə qədər olan dəmiryolu xəttinin və Astara çayı üzərində dəmiryolu körpüsünün tikintisi başa çatdırılıb. Xəzər dənizi sahili boyunca inşa edilən Park-bulvar kompleksinin genişləndirilməsinə başlanılıb. Çoxmərtəbəli ictimai yaşayış binalarında təmir işləri görülüb. Ötən il çəltik əkini aparılan 447 hektardan 1802 ton məhsul götürülüb. Mövcud 192 hektar məhsuldar çay plantasiyasından isə 476 ton yaşıl çay yarpağı yığılıb. Bundan başqa, 774 hektar yeni sitrus və subtropik meyvə bağı salınıb. Hesabat yığıncağında Astara şəhərinin su təchizatının yenidən qurulması ilə əlaqədar görülən işlərdən də danışlıb.

2017-ci il şəmkirlilər üçün də bir çox sahələrdə qazanılan uğurlarla əlamətdar olub. Ümumi məhsul istehsalı 600 milyon 295 min manat təşkil edib. 1680-i daimi olmaqla, 4258 iş yeri açılıb. Ötən il Prezident İlham Əliyevin rayona səfəri çərçivəsində Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolu, “Azərişıq” ASC-nin Şəmkir avtomat idarəetmə və nəzarət mərkəzi, “Azərxalça” ASC-nin Şəmkir filialı, “Şəmkir Aqroparkı”nın Logistika Mərkəzi istifadəyə verilib. İl ərzində Şəmkir aqroparkının logistika mərkəzinə 9 min ton xurma qəbul edilib, həmin məhsulun 4800 tonu xarici bazarlara göndərilib. Hazırda loqistika mərkəzindən digər rayonların fermerləri də istifadə edirlər. Rayonda taxıl, tərəvəz və meyvə istehsalında yüksək məhsuldarlıq əldə olunub. Rayonda 923 hektar sahədə istixana yaradılıb. Bu il daha 100 hektara yaxın sahədə yeni istixanaların tikintisi gözlənilir. Hesabat yığıncağında ölkədə həyata keçirilən sosial-iqtisadi inkişafdan, qazanılan uğurlardan, qarşıda duran vəzifələrdən söz açılıb.

Qubalılar da 2017-ci il yüksək göstəricilərlə başa vurublar. Ümumi daxili məhsulun həcmi 354 milyon 784 min manat olub. Bunun 26 milyon 980 min manatı sənaye, 134 milyon 376 min manatı kənd təsərrüfatının payına düşüb. Rayonda abadlıq-quruculuq işləri aparılıb. Prezident İlham Əliyevin rayona səfəri zamanı “ASAN Həyat Kompleksi”, “Bayraq” muzeyi”, “Azərxalça” ASC-nin Quba filialı və avtomobil yolları istifadəyə verilib. Bundan başqa, rayonda modul tipli məktəb binaları istifadəyə verilib. 2017-ci il Quba üçün həm də müxtəlif ictimai-siyasi və mədəni-kütləvi tədbirlərin, xüsusən 5-ci “Alma Bayramı” və 1-ci “Xalça Festivalı”nın keçirilməsi ilə əlamətdar olub. Ötən il rayonda kənd təsərrüfatının inkişafı istiqamətində də işlər görülüb. 31 min 108 ton taxıl, 11 min 590 ton kartof, 15 min 811 ton tərəvəz və 125 min 163 ton meyvə yığılıb. Hesabat yığıncağında ötən il Quba Turizm-İnformasiya Mərkəzinə 9261 turistin müraciət etdiyi, bunun 8269 nəfəri yerli, 992 nəfəri isə xarici ölkələrin vətəndaşları olduğu bildirilib.

2017-ci il Qusar rayonu üçün də uğurlu illərdən biri kimi tarixə düşüb. Ümumidaxili məhsul istehsalı 216 milyon 752 min manat təşkil edib. Bunun 65%-i sənaye, 16%-i kənd təsərrüfatının payına düşüb. Abadlıq-quruculuq işləri çərçivəsində çoxmənzilli yaşayış binaları təmir olunub. Rayon İcra Hakimiyyətinin inzibati binası istifadəyə verilib. Qusar-Xudat avtomobil yolunun 15 km-lik hissəsində əsaslı təmir işləri aparılıb. Qusar şəhərində içməli su və kanaliziasiya şəbəkələrinin qurulması davam etdirilib. Kəndlərdə modul tipli yeni məktəb binaları quraşdırılıb. 2017-ci ildə rayonda 41 min 780 ton buğda, 28 min 554 ton kartof, 19 min 339 ton tərəvəz, 30 min 292 ton meyvə, 13 min 880 ton qarğıdalı toplanıb. Hesabat yığıncağında bildirilib ki, 2016-cı ildə Qusar rayonuna gələn turistlərin sayı 107 min nəfər idisə, 2017-ci ildə bu rəqəm 2 dəfə artaraq 196 min nəfərə çatıb.

Naftalan son illərdə beynəlxalq turizm mərkəzinə çevrilib. Ötən il şəhərdə ümumi məhsul buraxılışı 29 faiz artaraq 24 milyon manat təşkil edib ki, bunun da əsas hissəsini kurort, sanatoriya və sağlamlıq mərkəzlərində göstərilən xidmətlər təşkil edib. Naftalana gələn yerli və xarici turistlərin sayı 2016-cı illə müqayisədə 40 faiz artaraq 35 mini ötüb. Turistlərin 7 min 309 nəfəri 62 ölkədən gələn xarici ölkələrin vətəndaşlarıdır. Bu, bölgələrə üz tutan xarici turistlərin coğrafiyasına görə ən yüksək göstəricidir. Onu da qeyd edək ki, son 2 ildə istifadəyə verilən müasir tipli 3 və 5 ulduzlu müalicə və istirahət mərkəzlərində hazırda 1000-ə yaxın vətəndaş çalışır. Ötən il Naftalanda 2 milyon 160 min manatlıq sənaye, 2 milyon 20 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub. Tikinti-quraşdırma işlərinin həcmi isə 57,6 faiz artıb. Hazırda Avtovağzal-otel kompleksinin, xəstəxana binasının, yeni müalicə və sağlamlıq mərkəzinin tikintisi davam etdirilir. Hesabat yığıncağında qarşıda duran vəzifələr də ətraflı müzakirə olunub.

2017-ci il samuxlular üçün prezident İlham Əliyevin rayona növbəti səfəri ilə əlamətdar olub. Səfər zamanı 100 yerlik uşaq bağçası-körpğlər evi, 25 minə yaxın əhalinin yaşadığı 20 yaşayış məntəqəsini birləşdirən avtomobil yolları, Şəmkir-Samux-Goranboy mügistral suvarma kanalının bir hissəsi və digər obyektlər istifadəyə verilib. Bundan əlavə, ötən il 59 çoxmənzilli yaşayış binasının dam örtüyü dəyişdirilib, fasadları təmir olunub, yollara asfalt çəkilib. 2017-ci ildə Samux rayonu üzrə ümumi məhsul buraxılışının həcmi 162 milyon 600 min manat olub. Bu da 2016-cı ildəkindən 41,6 faiz çoxdur. Kənd təsərrüfatı məhsullarının istehsalı 21, sənaye məhsulu 13 faiz artıb. Taxıl, üzüm, çuğundur, bostan, tərəvəz və digər əkin sahələrindən bol məhsul götürülüb. Rayondakı 200-dən çox istixanada 5 min tondan çox faraş tərəvəz yetişdirilir. Bu məhsulların əsas hissəsi MDB ölkələrinə ixrac olunur. Hesabat yığıncağında 972 sahibkarlıq subyektinin fəaliyyətə başladığı, 7530 yeni iş yerinin yaradıldığı bildirilib.

2017-cı il Yardımlı rayonunun sosial-siyasi həyatında əlamətdar hadisələrlə zəngin olub. Ümumi məhsul istehsalı 12,3 faiz artaraq 71 milyon 652 min manat təşkil edib. Bunun 914 milyon 300 min manatı sənaye, 31 milyon 982 min manatı kənd təsərrüfatı məhsullarının payına düşüb. İl ərzində abadlıq-quruculuq işləri davam etdirilib. Çoxmənzilli  yaşayış binalarında təmir işləri aparılıb. Yollar asvaltlanıb. Kəndlərdə modul tipli məktəb binaları istifadəyə verilib. Əhalisinin sayı 7 min 400 nəfər olan Yardımlı şəhərinə su və kanalizasiya xətlərinin çəkilməsi davam etdirilir. Rayonda fındıqçılığın inkişafı üçün ötən il 65 ha sahədə findıq bağları salınıb. Hesabat yığıncağında 2017-ci ildə rayonda görülən işlər yüksək qiymətləndirərək qarşıda duran vəzifələr müəyyənləşdirilib.

Gəncə şəhərində fəaliyyət göstərən Kəlbəcər Rayon İcra Hakimiyyətində də 2017-ci ilin yekunları müzakirə edilib. Bildirilib ki, 56 şəhər və rayonunun mindən artıq yaşayış qəsəbəsində məskunlaşan  kəlbəcərlilər ötən il 344 hektar sahədə dənli  bitkilər, 6 hektarda bostan məhsulları yetişdiriliblər. İlk dəfə olaraq Bərdə rayonu Ləmbərən kəndində 20 hektar şəkər çuğunduru, 19 hektar pambıq əkilib, bol məhsul götürülüb. Kəlbəcərlilərin məskunlaşdıqları yaşayış məntəqələrində  8 modul tipli məktəb quraşdırılıb. Goranboy  rayonun Veyisli qəsəbəsində  məskunlaşan 596 ailə üçün su xətti çəkilib, daha 2 subartezian quyusu qazılıb. Gəncə şəhəri Kəpəz rayonu ərazisindəki 600 ailəlik qəsəbədə 50 yerlik körpələr evi-uşaq bağçası fəaliyyətə başlayıb. Kəlbəcərlilərin məskunlaşdıqları yaşayış məntəqələrində bu il də sosial layihələrin icrası davam etdiriləcək.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.02.2018) :
Gecə : +3 | Gündüz: +6
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.675 | Satış: 1.7015

Rubl:
Alış: 0.0281 | Satış: 0.0301

Avro:
Alış: 2.058 | Satış: 2.1319
AzTV TƏQDİM EDİR