Siyasət

Azərbaycanla BMT arasında Ailə, qadın və uşaq məsələləri ilə bağlı əməkdaşlıq müzakirə edilib

13-02-2018 | 13:53        

  

BMT-nin İnkişaf Proqramının Avropa və MDB ölkələri üzrə Regional Bürosunun Direktorunun müavini Rostislav Vrbenski Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsində olub. Komitənin sədri Hicran Hüseynova bildirib ki, qadın hüquqlarının müdafiəsi, məişət zorakılığı ilə mübarizə, gender bərabərliyinin təmini sahəsində birgə vacib layihələr reallaşdırılır. Əməkdaşlıqda kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi fəaliyyətinin təşviqi mühüm yer tutur. Bu isə sahibkarlığın inkişafı ilə bağlı dövlətin həyata keçirdiyi iqtisadi islahatlarla uyğunluq təşkil edir. Artıq sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınların göstəricisi 30 faizə çatıb. BMT-nin İnkişaf Proqramı çərçivəsində görüləcək işlər barədə məlumat verən Rostislav Vrbenski ikitərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.02.2018) :
Gecə : +3 | Gündüz: +6
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.675 | Satış: 1.7015

Rubl:
Alış: 0.0281 | Satış: 0.0301

Avro:
Alış: 2.058 | Satış: 2.1319
AzTV TƏQDİM EDİR