Xarici xəbərlər

Avropa İttifaqı və Albaniya arasında sərhədlərin mühafizəsi ilə bağlı razılaşma əldə olunub

13-02-2018 | 12:01        

  

Avropa İttifaqı və quruma üzvlüyə namizəd olan Albaniya sərhədlərin mühafizəsi və miqrasiyaya nəzarət sahəsində əməkdaşlıqla bağlı razılığa gəlib. Albaniyanın paytaxtı Tiranada baş nazir Edi Rama ilə görüş zamanı Avropa İttifaqının miqrasiya məsələləri üzrə komissarı Dimitris Avromopulos bildirib ki, razılaşma xarici sərhədlərin təhlükəsizliyini gücləndirmək məqsədi daşıyır. Onun sözlərinə görə yeni saziş Albaniyaya Avropa sərhəd və sahil mühafizəsi dəstələri arasında yer almağa imkan verəcək. Sənədə əsasən, qəfil miqrant axını olacağı təqdirdə, Avropa İttifaqının sərhəd nəzarəti agentliyi “Frontex” Albaniyada dəstələr yerləşdirə biləcək. Əldə olunmuş razılaşma Avropa İttifaqının bütün üzv ölkələri tərəfindən qəbul edilməlidir.