Cəmiyyət

Macarıstanda keçirilən “Mən Azərbaycan haqqında nə bilirəm” inşa yazı müsabiqəsinin qalibləri bəlli olub

13-02-2018 | 10:43        

  

Macarıstanda yerli və xarici tələbələr arasinda keçirilən  “Mən Azərbaycan haqqında nə bilirəm” inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi təşkil edilib. Ölkəmizin Macarıstandakı səfirliyində keçirilən təbdirdə bildirilib ki, müsabiqə “Azərbaycan Gənclər Fondu” nun təşəbbüsü və səfirliyin dəstəyi ilə reallaşıb.  Müsabiqə müasir Azərbaycan reallıları, qədim və zəngin tarixi, adət-ənənəsi, mətbəxi, gözəl təbiəti barədə məlumat əldə etməyə imkan verir. Sonra inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb. Müsabiqənin qalibi adını qazanmış “ Budapest Business School” ali təhsil müəssisəsinin tələbəsi Bedrettin Gurcan Azərbaycana bir həftəlik səyahət paketi qazanıb. ikinci yeri və digər yerlərin qaliblərinə də müxtəlif hədiyyələr və sertifikatlar təqdim olunub.