Xarici xəbərlər

Ermənistan defolt astanasındadır

13-02-2018 | 10:39        

  

Bütün sahələrdə iflasa uğrayan Ermənistanda hökumət  böhranın gətirdiyi problemlərdən həll yolu tapa bilmir. İqtisadçılar ölkənin defolt astanasında olduğunu iddia edirlər. Çünki, Ermənistanın valyuta ehtiyatları tükənir, xarici borc isə rekord həddi keçib.

Ermənistan əhalisi yaxşı gələcəyə ümid etməsin! Çünki, ölkənin valyuta ehtiyatları tükənir. Yoxsulluq pik həddədir, miqrasiya tempi isə əvvəlkindən də yüksəkdir. Əhali iş tapa bilmir. Həyat səviyyəsi isə ilədən-ilə aşağı düşür. Heç bir perspektivi olmayan ölkədə insanlar çıxılmaz vəziyyətdə qalıblar.” Erməni iqtisadçılar Ermənistan üçün belə bədbin proqnozlar verməyə davam edirlər. “News.am” xəbər portalının məlumatına görə, valyuta ehtitları tükənir, əvəzində isə borclar artır. Ötən il Ermənistanın təkcə xarici dövlətlərə olan borcu 689 milyon dollar, yəni təxminən 12 faiz artaraq 5 milyard 494 milyon dollar olub. Ümumilikdə isə Rəsmi İrəvanın borcları 6 milyard 774 milyon dollar təşkil edir. Göründüyü kimi, xarici borcun artım tempi yetərincə yüksəkdir. Bu rəqəmləri ölkənin gəlirləri ilə müqayisə etdikdə vəziyyətin daha ağır olduğu üzə çıxır.  Rəsmi statistikaya əsasən  2017-ci ildə Ermənistanın xarici borcu  ÜDM-nin 58,8  üstələyib.  Bu da ən təhlükəli həddir.  Dünya ölkələri adətən bu səviyyəyə çatanda defolt elan edirlər. Bu isə ölkənin müflis olduğunu təsdiqləyir. Rəsmi İrəvan bu rallığı gizlətməyə çalışır. Çünki defolt elanı ölkəni yeni kreditlər almaq imkanını sıfra endirir. Buna görə də “yelk” partiyası hökuməti borclar bağlı statistikanı saxtalaşdırdığını iddia edir. Hökumət büdcə kəsrini doldurmaq üçün dövlətin qızıl ehtiyatını da satışa çıxarmaq məcburiyyətində qalıb. İqtisadçılar bunun belə heç bir fayda verməyəcəyini bilirirlər.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (15.10.2018) :
Aydın Gecə : +15+17 | Gündüz: +22+24
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR