Siyasət

Avronest PA-nın komitə iclasında Metsamor AES-nın bağlanılması məsələsi qaldırılıb

13-02-2018 | 10:38        

  

Metsamor AES təkcə region üçün deyil, bütövlükdə Avropa üçün ciddi təhlükə mənbəyidir. Tbilisidə keçirilən Avronest Parlament Assambleyasının siyasi məsələlər, insan hüquqları və demokratiya üzrə komitəsinin iclasında Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyinin departament rəhbəri Vinsent Rey bununla bağlı Ermənistanın qurumun tələblərini yerinə yetirmədiyini bildirib.

Tbilisidə keçirilən Avronest Parlament Assambleyasının siyasi məsələlər, insan hüquqları və demokratiya üzrə komitəsinin iclasında Ermənistandakı Metsamor AES-nın bütövlükdə region və Avropa üçün ciddi təhlükə mənbəyi olduğu vurğulanaraq bunun bağlanması ilə bağlı Avropa İttifaqının hansı alətlərdən istifadə edə biləcəyi məsələsi qaldırılıb. Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyinin departament rəhbəri Vinsent Rey təmsil etdiyi qurumun Ermənistandan Metsamor AES-in bağlanmasını tələb etdiyini, lakin adı çəkilən ölkənin bunu hələ də yerinə yetirmədiyini diqqətə çatdırıb. Avronest PA-nın həmsədri Rebeka Harms da stansiya ilə bağlı məsələni qaldıran Azərbaycan nümayəndə heyətinin mövqeyini dəstəkləyib. Parlamentarilərimiz Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən söz açaraq bildiriblər ki, təcavüzlə bağlı məsələdə bütün ölkələrə münasibət eyni olmalıdır. Qeyd olunub ki, bütün beynəlxalq təşkilatlar, o cümlədən Avronest PA-da münaqişələrlə bağlı qəbul olunan sənədlərdə, eyni zamanda “Şərq tərəfdaşlığı ölkələrində təhlükəsizlik məsələləri və Avropa İttifaqının bu çağırışlara cavabı” məruzəsində təcavüzə məruz qalanla, təcavüzkarın adı açıq göstərilməlidir. Əks halda heç bir münaqişənin ədalətli həllindən söhbət gedə bilməz. Parlamentarilərimiz Türkiyənin Afrində və digər bölgələrdə həyata keçirdiyi antiterror əməliyyatları zamanı sağ qalan terrorçuların Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində və bəzi Avropa ölkələrində gizləndiyini, sonradan onların həmin bölgə və ölkələrdə terroru yaymaqla məşğul olduqlarını diqqətə çatdıraraq təəssüflə Avropa İttifaqının buna münasibət bildirmədiyini vurğulayıblar. Avronest PA-nı və digər Avropa təşkilatlarını bunu nəzərə almağa, belə hallara qarşı mübarizə aparmağa səsləyiblər.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (15.10.2018) :
Aydın Gecə : +15+17 | Gündüz: +22+24
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR