Mədəniyyət

Bəhram Mansurov - barmaqları ilə tarda möcüzə yaradan sənətkar...

13-02-2018 | 09:08        

  

Xalq artisti Bəhram Mansurov musiqi mədəniyyətimizin inkişafında özünəməxsus  yeri   olan  tarzənlərdən biridir. Onun sənəti və xatirəsi bu gün də xalqımızın qəlbində yaşayır. Fevralın 12-si görkəmli tarzənin doğum günüdür.

Tarzən Bəhram Mansurov barmaqları ilə tarda əsl möcüzə yaradırdı. Böyük bir nəslin davamçısı olan ustad sənətkar öz ifaçılığı ilə musiqi mədəniyyəti tarixində silinməz iz qoyub. O, Qurban Pirimovdan sonra yeganə tarzəndir ki, onun musiqi dünyası ancaq muğamlardan ibarət olub. Bəhram Mansurov  muğamlarımıza yeni nəfəs  verib, eyni zamanda xanəndələrə bu ecazkar musiqini düzgün ifa etmək qaydalarını öyrədib. Onun tarından süzülən muğamlarda həmişə bir cazibə olub, heyrətamiz ifaları ilə könülləri riqqətə gətirib. Tarzən Bəhram Mansurov  sələflərinin zəngin yaradıcılıq təcrübəsini diqqətlə mənimsəyən muğamlarımızı böyük məhəbbətlə dinləyiciyə çatdırıb. Ən çox sevdiyi muğam isə "Bayatı-Şiraz" imiş. "Bayatı-Şiraz" muğamlarımızın gəlinidir" deyən tarzən onu elə qeyri-adi ifa edib ki, indi də dinləyənləri heyran edir. Bu gün də o ifanı eşidənlər musiqinin sehrinə düşürlər. Çünki bu ifa xalqımızın ruhunu özündə əks etdirir və yaşadır. Budur Bəhram Mansurovun tardakı möcüzəsi! 

Onu xatırlayanlar deyirlər ki, Bəhram Mansurov, həm də yaddaşı və hafizəsi ilə hər kəsi təəccübləndirirdi. O, tanıdığı bütün bəstəkarların, müşayiət etdiyi  bütün ifaçıların ömür yolunu, sənətə gəlişini, az qala əzbər bilir, onların musiqi mədəniyyətimizdəki rolunu gözəl səciyyələndirirdi...

Biz də doğum günündə görkəmli sənətkarı hörmətlə yada salır, onun ölməz sənətilə bir daha qürur duyuruq...

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.02.2018) :
Gecə : +3 | Gündüz: +6
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.675 | Satış: 1.7015

Rubl:
Alış: 0.0281 | Satış: 0.0301

Avro:
Alış: 2.058 | Satış: 2.1319
AzTV TƏQDİM EDİR