Bölgələr

Salyanın Kürsəngi kəndində “mavi yanacaq” sevinci...

12-02-2018 | 16:47        

  

“Regionların sosial-iqtisadi inkişafı dövlət proqramı” çəçivəsində qaz təchizatı sistemi yenidən qurulur. Bu il ölkə üzrə qazlaşmanın 95 faizə çatdırılması nəzərdə tutulur. Dövlət başçısının bunula bağlı göstərişi böyük uöurla icra edilir. Artıq Salyan rayonunun Kürsəngi kəndinə təbii qaz verilməsi bərpa olunub. Kənddə 940 abonent mavi yanacaqdan istifadə etməyə başlayıb.

Artıq Kürsəngi kəndindəki 940 abonent mavi yanacağın evlərə gətirdiyi rahatlığı, istiliyi tam hiss edir. Kənddə əvvəllər də təbii qaz olub. Lakin sonradan sistem köhnəldiyindən və problem yarandığından, ümumi uzunluğu 76 min metr olan polad borularla yeni qaz xətləri çəkilib, mənzillərdə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Son illərdə hətta ən ucqar kəndlərdə belə mavi yanacağın təmin olunması istiqamətində ciddi işlər görülür. Bununla da ölkə üzrə qazlaşma 93 faizə çatdırılıb. Bu yüksək nəticə olsa da, son deyil. Belə ki, Prezident İlham Əliyevin  tapşırığına əsasən  bu il qazlaşmanın səviyyəsi 95 faiz olmalıdır. Deməli evlərinə təbii qaz verilməsinə görə sevinənlərin sayı da hələ çox olacaq. Elə Kürsəngi kəndində olduöu kimi... Salyan rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov və  Azəriqaz İB-nin baş direktoru Əkbər Hacıyev də son illərdə ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması prosesindən danışdılar.