Siyasət

DMX tərəfindən neqativ miqrasiya kanalının təşkil edilməsi cəhdinin qarşısı alınıb

12-02-2018 | 16:12        

  

Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər zamanı 7 nəfər Nepal, 3 nəfər Hindistan və 1 nəfər Şri-Lanka vətəndaşı saxlanılıb. Araşdırma zamanı məlum olub ki, Hindistanda fəaliyyət göstərən Deepak adlı şəxs Ukrayna vətəndaşı Vladislav Kobil ilə əlbir olaraq əcnəbilərin Azərbaycana gətirilməsini təşkil edib. Cinayətkar dəstə həmin şəxsləri, Avropaya keçirmək və Azərbaycanda işlə təmin etmək adı altında aldadaraq külli miqdarda vəsaitlərini mənimsəyiblər. Görülmüş tədbirlər nəticəsində əcnəbilərin Azərbaycana gətirilərək qanunsuz miqranta çevrilməsi və neqativ miqrasiya kanalının təşkil edilməsi cəhdinin qarşısı alınıb.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.07.2018) :
Aydın Gecə : +24+26 | Gündüz: +30+32
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR