Siyasət

Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi arxiyepiskop P.R. Gallagerin başçılıq etdiyi nümayəndə heyəti XİN-də olub

12-02-2018 | 16:09        

  

“Azərbaycanla Vatikan arasındakı qarşılıqlı səfərlər əlaqələrdə yeni mərhələ açıb”. Bu fikir Xarici İşlər Nazirliyində  Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Gallagerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə səsləndirilib. Nazir Elmar Məmmədyarov bildirib ki, Azərbaycan tarixən müxtəlif mədəniyyətlər və dinlərin nümayəndələrinin sülh şəraitində birgə yaşadığı məkandır. Ölkəmiz, milli tolerantlıq ənənələri əsasında dünyada qarşılıqlı hörmət və multikulturalizm ideyalarını təşviq edir. Pol Riçard Gallager Azərbaycandakı tolerantlığı, dini icmalara, o cümlədən katolik icmasına hörməti yüksək qiymətləndirib. Müqəddəs Taxt-tacın Mədəniyyət üzrə Pontifik Şurası ilə Heydər Əliyev Fondu arasında sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu vurğulayıb. Görüşdə Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçılıq siyasəti barədə də məlumat verilib.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (15.10.2018) :
Aydın Gecə : +15+17 | Gündüz: +22+24
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR