Xarici xəbərlər

Ermənistanda vəkillər tətilə başlayıblar

09-02-2018 | 10:16        

  

Ermənistan parlamenti “Məhkəmə məcəlləsinə” dəyişklik edir. Bununla bağlı təklif olunan qanun layihəsi təsdiqlənərsə İrəvanda vahid məhkəmə sistemi olacaq. Yeni qanun vəkillərin hüquqlarını da məhdudlaşdırcaq. Beləki, hakimlər istədikləri vaxt vəkili cərimə edə bilərlər. Qanun layihəsinə qarşı çıxan hüquq müdafiəçiləri tətilə başlayıblar.  Bununla bağlı keçirilən toplantıda vəkillər bildiriblər ki, biz o şəxslərik ki, insanların hüquqlarını, maraqlarını müdafiə edirik. Əgər biz özümüz də haqsızlığa məruz qalacaq və buna qarşı çıxa bilməyəcəyiksə o zaman niyə fəaliyyət göstəririk? Vəkillər məsələ ilə bağlı Beynəlxalq hüquq təşkilatlarını məlumatlandırıblar.   Hüquqşünas Ara Zohrabyan deyir ki, onsuzda bu ölkədə insanların hüquqlarını müdafiə etmək çətindir. Qanunun aliliyi çoxdan süquta uğrayıb. Vəkillərin fəaliyyətini məhdudlaşdırmaqla məhkəmə-hüquq sistemini tamamilə çökdürmək istəyirlər. “Yelk” partiyası parlamentin müzakirəyə çıxardığı “Məhkəmə məcəlləsini” növbəti dəfə baykot edib. Partiyanın sədri Nikol Paşinyan bildirib ki, bu ölkədə yeni etiraz dalğası yaradacaq.  Onsuz da vəkillər üçün son bir il gərgin keçib. Hüquqşünaslar onların peşələrinə, toxunulmazlıqlarına qarşı aparılan hücumlara son qoyulması ilə bağlı dəfələrlə aksiya keçiriblər. Vəkillər   məhkəmə iclasları zamanı, qanunsuz axtarışlara  məruz qalırlar.  Bir qrup hüquq müdafiəçisi bu hallara etiraz olaraq aclıq aksiyası keçirsə də vəziyyət düzəlməyib. Bütün bunlar isə Ermənistanda insan hüquqlarına münasibətin dözülməz olduğunu təsdiqləyir.  “Yelk” partiyasının deputatları deyirlər ki, onlar  bu qanunsuzluqlara göz yummayacaqlar. Çünki, hökumət tətbiq edəcəyi cərimələrlə hüquşünasları susdurmağa çalışır.  Bu isə insan haqlarına ziddir.