Cəmiyyət

Dövlət qulluğuna qəbul üçün müsabiqə üzrə növbəti müsahibə elan edilib

09-02-2018 | 09:56        

  

Dövlət qulluğuna qəbul üçün müsabiqə üzrə növbəti müsahibə elan edilib. Müsahibə icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanlarında, ümumilikdə 11 dövlət orqanında 193 vakant icraçı vəzifələri üzrə aparılır. Bu gündən başlayan qeydiyyat martın 9-dək davam edəcək. Inzibati icraçı vəzifələr üzrə müsahibə mərhələsinə qeydiyyat isə davam edir. İndiyədək 77 dövlət orqanındakı vakant vəzifələr üzrə 1 min 689 müraciət qeydə alınıb. Təqdim olunan vakant yer və müraciət edənlərin sayına görə hələlik ən yüksək müsabiqə vəziyyəti Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindədir. İnzibati icraçı vəzifələr üzrə növbəti test imtahanı fevralın 18-də keçiriləcək.  

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (15.11.2018) :
Buludlu Gecə : +8+10 | Gündüz: +12+14
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR