İqtisadiyyat

Dövlət Neft Fondunun aktivləri 2,7 milyard dollar artıb

08-02-2018 | 12:34        

  

Azərbaycan Dövlət Neft Fondunun aktivləri 2,7 milyard dollar artıb. Beləki, 2018-ci il yanvarın biri tarixinə Fondun aktivləri 2017-ci ilin əvvəlinə 8,02 faiz çoxalıb. Ötən ilin əvvəlində 33 milyard 147 milyon dollar təşkil edən aktivlər  bu ilin əvvəlinə 35 milyard 806,5 milyon dollara bərabər olub. Aktivlərin artımı Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirləri və investisiya portfelinin tərkib valyutalarının məzənnə dəyişkənliyi fərqi hesabına olub. Ümumilkdə isə ölkənin valyuta ehtiyatları 2018-ci il yanvarın 1-nə 41milyard  141,1 milyon dollar təşkil edib. Bunun 87,03 faizi Dövlət Neft Fondu, 12,97 faizi isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb. Ötən il Mərkəzi Bankın valyuta ehtiyatları 1 milyard 360,2 milyon dollar və yaxud 34,22 faiz artıb.