Siyasət

“Nezavisimaya qazeta”da Ermənistanda nasizmin dirçəldilməsi kəskin pislənib

08-02-2018 | 11:23        

  

Son dövrlər  bir sıra postsovet ölkələrində faşizm ideologiyası baş qaldırıb. Bu barədə Rusiyanın Federasiya Şurasının Sosial Siyasət Komitəsinin sədr müavini Lyudmila Kozlova “Nezavisimaya qazeta”da dərc olunan məqalədə həyəcanla danışır. İctimai xadimin sözlərinə görə, Hitler Almaniyası üzərində tarixi qələbədən sonra hər kəsə elə gəlirdi ki faşizm və nasizm əbədi olaraq keçmişdə qalıb. Bu gün isə biz əksini  görürük. II Dünya Müharibəsində faşizmə qarşı döyüşən insanların xatirəsi təhqir olunur, onlara qoyulan abidələr dağıdılır. Xalqına xəyanətlə Hitler ordusunda vuruşaraq milyonlarla dinc insanın ölümünə səbəb olan nasistlər isə qəhrəmanlaşdırılır. Hətta nasizm simvolları dövlət səviyyəsində təbliğ olunur. Lyudmila Kozlova bildirir ki, III Reyxlə yaxından əməkdaşlıq edən Qaregin Njdeyə Ermənistanın mərkəzində abidə ucaldılması yanlış addımdır. Bu nasizmin təbliğatıdır. Rusiya Xarici Siyasət İdarəsindən ümidvar olduqlarını bidlirirlər ki, İrəvanın rəsmi mövqeyində BMT baş Assanbleyası tərəfindən qəbul olunmuş, irqi ayrı seçkilik, ksenofobiya və rasizm kimi meyilllərlə mübarizəni özündə ehtiva edən qətnamə diqqət mərkəzində saxlanılacaq. Ermənistanda Njdeyə abidə ucaldılması pis nümunədir. Bunun  qarşısı alınmadıqca nasizm meyləri digər ölkələrə də sirayət edəcək. Belə şəxslər təbliğ oluna bilməzlər. Təkcə Qaregin Njdenin rəhbərliyi altında erməni  legionu 20 mindən artıq dinc insanı qətlə yetirib. Onun əlləri  bizim babalarımızın qanına bulaşıb deyə Lyudmila Kozlova əlavə edib. Sədr müavini bu məsələnin ötən həftə Dumanın iclasında da müzakirə olunduğunu diqqətə çatdırır.  Bildirir ki, nasizmin baş qaldırması insan haqlarına ziddir və yolverilməzdir. Ona görə də Rusiyalı politoloqlar “chang.org” platformasında Ermənistanda faşizmin “qəhrəmanlaşdırılması” əleyhinə petisiya yaradıblar. Sənədə  qısa müddətdə 200 mindən çox imza atılıb. Ermənistanda isə bu etirazlardan nəticə çıxarmaq əvəzinə Njdeni qəhrəman kimi təqdim edərək özlərinə haqq qazandırmağa çalışırlar. Hətta “Çıxış” partiyasının İrəvan ağsaqqallar şurasında təmsil olunan üzvü Alen Simoyan  “chang.org” platformasında petisiya açaraq Leninin dəfn edilməsi ilə bağlı tələb  irəli sürüb. Ermənistan mətbuatı isə bunun yaxşı nəticələr verməyəcəyini proqnozlaşdırır.