Siyasət

“Egemen Qazaxıstan” Azərbaycan mətbuatı ilə əlaqələri genişləndirmək niyyətindədir

08-02-2018 | 10:40        

  

250 min tirajla çıxan rəsmi dövlət qəzeti “Egemen Qazaxıstan” Azərbaycan da daxil olmaqla bir sıra dövlətlərin media orqanları ilə əlaqələrini genişləndirəcək. Texnoloji yeniliklərə uyğunlaşmağa çalışan qəzet sosial şəbəkələrin, mobil texnologiyaların imkanlarından da faydalanaraq özünün internet portalını yeniləyib. Mərkəzi Asiya regionunun ən yüksək tirajlı “Egemen Qazaxıstan” qəzeti ölkəmizlə bağlı mövzulara xüsusi yer ayırır. Son bir ildə qəzetdə Azərbaycan-Qazaxıstan münasibətləri, ölkəmizin iqtisadi və turizm potensialı, Heydər Əliyev Fondunun fəaliyyəti, Bakı-Tiflis-Qars dəmir yolu xətti və Azərbaycanın tranzit imkanları mövzularında onlarca analitik məqalələr yayımlanıb. Qeyd edək ki, 2025-ci ilədək Qazaxıstanda bütün rəsmi yazışmalar və yayınlar latın qrafikalı əlifbaya keçəcək. Bununla bağlı olaraq, növbəti aydan “Egemen Qazaxıstan” qəzetinin bəzi bölümlərinin latın qrafikalı əlifba ilə çapı planlaşdırılır.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.11.2018) :
Azbuludlu Gecə : +8+10 | Gündüz: +14+16
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR