Siyasət

İsveçrə Xarici İşlər üzrə Departamenti: “Rəsmi Bern Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”

08-02-2018 | 10:07        

  

“Rəsmi Bern Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”. İsveçrə Konfederasiyasının Xarici İşlər üzrə Departamenti bununla bağlı məlumat yayıb. Bildirilib ki, İsveçrə Konfederasiyası heç vaxt Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almayıb, qondarma Dağlıq Qarabağın müstəqilliyini tanımayıb. Departament qeyd edib ki, İsveçrə Konfederasiyası Ermənistan, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Cənubi Qafqazda vəziyyətin normallaşdırılmasına maneə törətdiyini düşünür. Məlumatda İsveçrə Konfederasiyasının Dağlıq Qarabağda müharibə nəticəsində yaranan humanitar vəziyyətdən narahatlığı diqqətə çatdırılıb. Bundan başqa, İsveçrənin dövlət strukturunda qeyd ediblər ki, xarici ölkələrə səfərlər üzrə öz tövsiyələrində Departament ölkə vətəndaşlarına Dağlıq Qarabağa səfər etməməyi tövsiyə olunub.