Siyasət

Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının iclası keçirilib

07-02-2018 | 16:53        

  

Nazirlər Kabinetində Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib. İclasda ötən il həyata keçirilən tədbirlər, əldə edilən nəticələr və qarşıda duran vəzifələrə dair müzakirələr aparılıb. 

Ötən il ölkəmizdə əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı bir sıra addımlar atılıb. Bu tədbirlər nəticəsində əmək müqavilələrinin imzalanması işində artım qeydə alınıb. 2018-ci ilin ilk ayında 13 min  665 yeni əmək müqaviləsi imzalanıb.  Bu barədə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclasında danışıldı.  İclasda Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov bildirdi ki, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması istiqamətində layihələr hazırlanıb, digər vacib addımlar atılıb. Qeyri-rəsmi məşğulluqla bağlı faktlar aşkarlanaraq aradan qaldırılıb. 2017-ci ildə reallaşdırılan tədbirlər, əldə edilən nəticələr və qarşıda duran vəzifələrə həsr olunan iclasda yeni iş yerlərinin yaradılması, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması da  müzakirə olundu. Həmçinin qeyri-rəsmi məşğulluğun aradan qaldırılması ilə bağlı normativ hüquqi aktların təkmilləşdirilməsi məsələsinə toxunuldu. Qeyd olundu ki, dövlət başçısının tapşırığına əsasən bu istiqamətdə lazımi işlər görülür. İclasda “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”ndan irəli gələn tapşırıqların icrası ilə bağlı Komissiya yanında yaradılan İşçi qruplarının rəhbərlərinin məruzələri də dinlənildi.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.02.2018) :
Buludlu Gecə : +3-5 | Gündüz: +7-9
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.675 | Satış: 1.7015

Rubl:
Alış: 0.0274 | Satış: 0.0293

Avro:
Alış: 2.0366 | Satış: 2.1097
AzTV TƏQDİM EDİR