İqtisadiyyat

ABŞ Azərbaycanla ticarət əlaqələrinin inkişafında maraqlıdır

07-02-2018 | 16:40        

  

“ABŞ Azərbaycanla ticarət əlaqələrinin inkişafında maraqlıdır”. ABŞ dövlət katibi müavininin müşaviri Bricit Brink bunu Bakı səfərinin nəticələrinə həsr olunan mətbuat konfransında  deyib.

“Azərbaycan mühüm nəqliyyat dəhlizinə çevrilməkdədir” deyən ABŞ dövlət katibi müavininin müşaviri Bricit Brink ölkəsinin Azərbaycanla ticarət əlaqlərində maraqlı olduğunu bildirdi. O, Əfqanıstandakı sülhməramlı missiya çərçivəsində Azərbaycanın verdiyi dəstəyə görə rəsmi Vaşinqton adından minnətdarlığını bildirdi. Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Birləşmiş Ştatların səylərini bundan sonra da davam etdirəcəyini vurğuladı:

Bricit Brink, enerji təhlükəsizliyi və Azərbaycanla münasibətləri şərtlərindən digər  məsələlərə də münasibətini bildirdi.