Cəmiyyət

Yazıçı-publisist, ictimai xadim Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”nin təqdimatı olub

07-02-2018 | 14:16        

  

Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasından çap olunan növbəti kitabın - yazıçı-publisist, ictimai xadim Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”nin təqdimatı keçirilib.

“Mühacir ədəbiyyatımızın, tariximizin, publisistikamızın inkişafında və təbliğində müstəsna xidmətləri olan Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri” onun irsinin öyrənilməsi baxımından böyük əhəmiyyət daşıyır”. Bu barədə Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli kitabın təqdimat mərasimində bildirdi. Qeyd etdi ki, bu toplu Prezident İlham Əliyevin “Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən nəşr edilib.  İnstitutun direktoru C.Hacıbəylinin həyat və yaradıcılığından bəhs etdi, onun ədəbi-ictimai fikir tariximizə böyük töhfələr verdiyini vurğuladı.  Sonra filologiya üzrə elmlər doktoru Abid Tahirli “Ceyhun Hacıbəylinin əsərlərinin nəşri tarixindən” mövzusunda məruzə ilə çıxış etdi. AMEA-nın müxbir üzvü Tehran Mustafayev və başqaları təqdim edilən kitabın məziyyətindən danışdılar. Vurğulandı ki, yeni işıq üzü görən nəşrdə 20-ci əsr Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən olan Ceyhun Hacıbəylinin mühacirət illərində yazdığı bədii-publisistik əsərləri və elmi araşdırmaları yer alıb. AMEA-nın vitse-prezidenti, İnstitutun direktoru İsa Həbibbəylinin baş redaktorluğu ilə “Elm” nəşriyyatında çap olunan kitabın tərtibçisi, “Ön söz”ün və qeydlərin müəllifi Abid Tahirlidir.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.11.2018) :
Azbuludlu Gecə : +8+10 | Gündüz: +14+16
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR